Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması "Slovenia Nations Cup" yoldaşlıq turnirində keçirdiyi ikinci oyunda da qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan komanda Farer Adalarının müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gəlib.
"Çatez" stadionunda keçirilən görüş millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Komandamızın heyətində qolları Rauf Qafarov (21-ci dəqiqə) və Eltun Babazadə (57-ci dəqiqə, penalti) vurublar.
Qeyd edək ki, U-19 millimiz növbəti matçını sentyabrın 9-da Polşa seçməsinə qarşı keçirəcək.
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması bu gün "Slovenia Nations Cup" yoldaşlıq turnirində ikinci oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan komanda Farer adalarının müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gələcək.
Qeyd edək ki, milli ilk matçda İslandiya seçməsi üzərində 2:1 hesablı qələbə qazanıb.