Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İspaniya Kral Kuboku: 7 qolluq fantastik oyunda "Real Madrid" mərhələ adladı
İspaniya Kral Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Real Madrid" doğma azarkeşləri önündə "Selta"nı qəbul edib.
Oxu.Az xəbər verir ki, kral klubu rəqibindən üstün olub. Oyunun əsas vaxtında Viqo təmsilçisinin qapısından 2 top keçirən paytaxt kollektivi öz qapısında da 2 top görüb - 2:2. "Real"ın heyətində oyunun əsas vaxtında qollara Mbappe və Vinisius imza atıblar. Matçın 90 dəqiqəsi heç-heçə bitdiyindən qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə lazım olub.
108-ci dəqiqə Arda Gülerin ötürməsini Endrik qola çevirib. 112-ci dəqiqədə Valverde oyunda 6-cı qolu vurub. 119-cu dəqiqədə isə yenə Arda Gülerin ötürməsini qola çevirən Endrik özünün ikinci, komandasının 7-ci qoluna imza ataraq oyunda son nöqtəni qoyub - 5:2. Beləliklə, kral klubu 1/4 final mərhələsinə adlayıb.
Xatırladaq ki, İspaniya Kubokunun hazırkı qalibi ötən mövsüm finalda "Malyorka"nı məğlub edən (1:1; 4:2 pen.) Bilbao "Atletik"idir. Lakin komanda bu gecə baş tutan matçda doğma meydanda "Osasuna"ya uduzaraq (2:3) turnirdəki mübarizəsini dayandırıb.
"Real Madrid FK" teqi üzrə xəbərlər
- "Qızıl top"a namizədlərin reytinq sıralanması bəlli oldu
- "Real Madrid" daha bir rekorda imza atıb
- UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ən yaxşısı kim olacaq?
- Özbəkistanlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü
- Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunlarının ən yaxşıları bəlli olub