Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İspaniya La Liqası: "Atletiko Madrid" liderliyə yüksəldi
"Atletiko Madrid" İspaniya La Liqasının 26-cı turunda evdə "Atletik Bilbao"nu qəbul edib.
Oxu.Az xəbər verir ki, matç ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada yeganə qolu Xulian Alvares vurub.
Bu nəticə ilə "Atletiko Madrid" xallarını 56-ya çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. Bilbao təmsilçisi isə 48 xalla dördüncü yerdədir.
"İspaniya La Liqası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar