Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İspaniya La Liqası: "Barselona" "Selta" üzərində əzmkar qələbə qazandı
İspaniya La Liqasının 32-ci turunda "Barselona" "Selta" qarşılaşıb.
Oxu.Az xəbər verir ki, qarşılaşma "Barselona"nın 4:3 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.
62-ci dəqiqəyədək 1:3 gerida olan, "Barsa" dörd dəqiqə ərzində hesabı bərabərləşdirib, 90+3-cü dəqiqədə isə Rafinya penalti zərbəsi ilə qələbə qolunu vurub.
Qeyd edək ki, İspaniya çempionatında turnir cədvəlinə 73 xalla "Barselona" başçılıq edir. "Selta" 43 xalla 7-ci yerdədir.
"İspaniya La Liqası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar