İspaniya La Liqasında bonuslar nəzərə alınmadan ən çox maaş alan futbolçuların adları bəlli olub.
Oxu.Az "Capology" maliyyə portalına istinadən xəbər verir ki, ilk sırada "Barselona"nın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonq yer alıb.
37.5 milyon avro məvacib qazanan futbolçu birinci pillənin sahibidir. Onu komanda yoldaşı Robert Levandovski təqib edir.
Polşalı hücumçunun maaşı 33.33 milyon avrodur. İlk üçlüyü isə "Real"ın (Madrid) yeni transferi Kilian Mbappe tamamlayır. 31.25 milyon avro qazanan fransalı forvard La Liqada ən çox məvacib alan üçüncü futbolçudur.
Rəylər