Futbol üzrə İspaniya millisinin hücumçusu Mikel Oyarsabal dünya çempionatları tarixində oyunun ilk 30 dəqiqəsində topa ümumiyyətlə toxunmayan ilk futbolçu olub.
Oxu.Az bu barədə "Opta" portalına istinadən xəbər verir.
Bu kuryoz göstərici İspaniya və Kabo-Verde yığmaları arasında keçirilən qrup mərhələsi oyununda qeydə alınıb.
Bask hücumçu start heyətində meydana çıxsa da, matçın başlanğıcı onun üçün olduqca çətin keçib. Oyunun start fitindən 30-cu dəqiqəyədək olan vaxt kəsiyində Oyarsabal tamamilə topsuz qalıb. Dünya çempionatlarının statistikası (bu cür statistikanın toplanması 1966-cı ildən bəri aparılır) hələ belə bir halla qarşılaşmayıb.