Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İstanbul derbisi: “Beşiktaş” son anda qələbəni əldən verdi - VİDEO
Türkiyə Super Liqasının 31-ci turunda “Beşiktaş” səfərdə “Başakşehir”lə üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, qonaqlar 16-cı dəqiqədə hesabı açıblar. Kolli dəqiq zərbə ilə fərqlənib. Lakin ev sahiblərindən İlkhan 90+5-ci dəqiqədə cavab qolunu vuraraq komandasının matçdan bir xalla ayrılmasını təmin edib - 1:1.
Bu nəticədən sonra “qara qartallar” 47 xalla dördüncü pillədə qərarlaşıblar. “Başakşehir” isə 43 xalla yeddincidir.
Ən çox oxunanlar