İtaliya A Seriyasında 2023/24 mövsümünə start verilib.
Oxu.Az xəbər verir ki, son çempion “Napoli” “Frozinone”nin qonağı olub. Matç neapolluların qələbəsi ilə başa çatıb - 3:1.
“Napoli”nin qollarını Matteo Politano və dubl edən Viktor Osimhen vurublar. Meydan sahiblərinin yeganə qoluna penaltidən Abdu Harraui imza atıb.
Digər qarşılaşmada “Verona” səfərdə “Empoli”dən güclü olub - 1:0.
Faiq Tahirov