İtalİya A seriyasının 36-cı turunda “Napoli” “Bolonya” ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, oyuna daha fəal başlayan qonaqlar hesabı 9-cu dəqiqədə açıblar. Dan Ndoyi dəqiq oynayıb. Meydan sahibləri özlərinə gəlməmiş daha bir zərbə alıblar - 1:0.
12-ci dəqiqədə Stefan Poşç fərqi artırıb - 2:0.
“Napoli” futbolçuları qalan vaxta çox çalışsalar da, təsəlli qolunda vurmağı bacarmayıblar.
Qeyd edək ki, aktivində 67 xalı olan “Bolonya” 3-cü pillədə qərarlaşıb. “Napoli” 51 xalla 8-cidir.