“Yuventus” İtaliya A Seriyasının 12-ci turu çərçivəsində evdə “Kalyari”ni 2:1 hesabı ilə üstələyib.
60-cı dəqiqədə Bremer Turin təmsilçisini hesabda önə çıxarıb. Ruqani 70-ci dəqiqədə “Yuventus”un üstünlüyünü iki topa çıxarıb. “Kalyari”nin gücü isə Alberto Dossenanın 75-ci dəqiqədə vurduğu qola çatıb.
“Yuventus” ölkə çempionatında ardıcıl beşinci qələbəsini qazanıb. “Qoca sinyora” 29 xal toplayaraq turnir cədvəlinin birincisidir. Aktivində doqquz xal olan “Kalyari” 17-cidir.
İtaliya A Seriyası: “Qoca sinyora” birinci yerə yüksəldi - VİDEO
Rəylər