Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İtaliya A seriyası : “Yuventus” “Roma” görüşündə qalib müəyyənləşmədi - VİDEO
İtaliya A seriyasında gecənin böyük maraqla gözlənilən görüşündə “Yuventus” “Roma” ilə üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, gərgin mübarizə vəd edən matçda hesabı meydan sahibləri açıblar. 15-ci dəqiqədə Romelu Lukaku fanatlarını çoşdurub - 1:0. Amma məğlubiyyətlə barışmayan “qoca sinyora” hesaba tarazlıq gətirib. Bremer 31-ci dəqiqədə Kyezanın ötürməsini qolla tamamlayıb - 1:1.
Qeyd edək ki, aktivində 66 xalı olan “Yuventus” 3-cü pillədə qərarlaşıb. “Roma” 60 xalla 5-cidir.
Ən çox oxunanlar
Rəylər