İtaliyanın “Milan” klubunun portuqaliyalı forvardı Rafael Leaunun vurduğu qol A Seriyasının tarixinə düşüb. Həmin qol İtaliya futbol çempionatı tarixinin ən tez qolu sayılır.
XIII turun “Sassuolo” ilə səfər matçında Leau topu rəqib qapısından 6,4-cü saniyədə keçirə bilib.
Qeyd olunur ki, əvvəlki rekord “Pyaçentsa”nın futbolçusu Paolo Pocciyə məxsusdur – 8,9 saniyə.