Millətlər Liqasında 2022/23 mövsümünün 3-cüsü müəyyənləşib.
Oxu.Az xəbər verir ki, İtaliya 3-cülük matçında Niderlanda qalib gəlib - 3:2.
Hesabı 6-cı dəqiqədə Federiko Dimarko açıb. 20-ci dəqiqədə Davide Frattesi italyanların üstünlüyünü 2 topa çatdırıb. 68-ci dəqiqədə Stiven Berqveyn fərqi azaltsa da, 5 dəqiqə sonra Federiko Kyeza yenidən fərqi artırıb. 90-cı dəqiqədə Georginio Veynaldumun vurduğu qol isə niderlandlılar üçün təsəlli olub.
Millətlər Liqasının final matçı bu gün saat 22:45-də İspaniya və Xorvatiya arasında keçiriləcək.
Millətlər Liqasında 2022/23 mövsümünün 3-cüsü müəyyənləşib.Oxu.Az xəbər verir ki, İtaliya 3-cülük matçında Niderlanda qalib gəlib - 3:2.Hesabı 6-cı dəqiqədə Fed...
Rəylər