Futbol hakimi Daniele De Santis öldürülüb.
Bu barədə “La Repubblica” məlumat yayıb.
Hadisə ölən şəxsin Leççedəki evində baş verib. 33 yaşlı hakim və sevgilisi 30 yaşlı Eleonoranın cəsədləri sentyabrın 21-də tapılıb.
Qonşuların sözlərinə görə, hadisədən əvvəl evdə dava olub, daha sonra cinayətkar cütlüyü bıçaqlayıb. Onlar, həmçinin, evdən əlində bıçaqla qaçan kişini gördüklərini də qeyd ediblər.
Qeyd edək ki, De Santis Seriya C və B-də 130-dan çox qarşılaşmada hakim olub.