Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Jiru Fransa millisindəki taleyinə aydınlıq gətirdi
“Milan” klubunun və Fransa millisinin hücumçusu Olivye Jiru yaxın vaxtlarda milli komandadakı karyerasını bitirmək fikrində olmadığını bildirib.
“Ümid edirəm ki, qarşıda daha çox emosiyalar məni gözləyir. Ayaqqabılarımı mismardan asıb, ürəyimə yaxın olan bu mavi köynəyi çıxarmağa hələ hazır deyiləm. Davam etmək üçün motivasiyalıyam və fiziki olaraq buna hazıram. Hazırda mən hələ də Fransa millisinin oyunçusuyam”, - deyə 36 yaşlı futbolçu bildirib.
Qeyd edək ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında 36 yaşlı Jiru Fransa millisinin heyətində vurduğu qolların sayına görə əfsanəvi hücumçu Tyeri Anrini qabaqlayıb. Belə ki, Jiru millidə 120 oyun keçirib və 53 qol vurub.
Mənbə: France 2
"Fransa" teqi üzrə xəbərlər
- Tramp Makronu alçaltmaqda ittiham edilir
- Fransalı siyasətçidən ÇAĞIRIŞ: Təcili şəkildə növbədənkənar seçki keçiriləcək?
- Trampdan Makronun narahatedici jestinə reaksiya
- Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib
- Fransada Rusiya Baş Konsulluğunun yanında PARTLAYIŞ TÖRƏDİLDİ