Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Jiru qapıda dayandı, “Milan” A Seriyasının yeni lideri oldu - VİDEO
İtaliya A Seriyasında lider dəyişib.
Oxu.Az xəbər verir ki, “Milan” VIII turda səfərdə “Cenoa”ya qalib gəlməklə zirvəni ələ keçirib.
Qarşılaşma “rossoneri”nin minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1. Yeganə qolu 87-ci dəqiqədə Kristian Pulişiç vurub.
Oyunun sonlarında maraqlı hadisələr baş verib. 90+9-cu dəqiqədə “Milan”ın qapıçısı Mik Menyan qırmızı vərəqə alaraq meydandan qovulub. Komandada əvəzetmə limiti dolduğundan Menyanı qapıda hücumçu Olivye Jiru əvəzləyib. O hətta bir epizodda komandanı qoldan xilas etməyi də bacarıb.
Qələbə sayəsində xallarını 21-ə çatdıran “Milan” əzəli rəqibi “İnter”i geridə qoyaraq birinci pilləyə yüksəlib. Hazırda “Nerazzuri”nin 19 xalı var. “Cenoa” isə səkkiz xalla 15-ci sıradadır.
Faiq Tahirov
"İtaliya" teqi üzrə xəbərlər
- "Google" İtaliya ilə mübahisəni həll etmək üçün külli miqdarda pul ödəyəcək
- ABŞ Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırlaşır? - Tramp AÇIQLADI
- İtaliyada təyyarədə gizlənən pişik uçuşu iki günlük iflic etdi
- İtaliyada fırıldaqçılar nazirin səsini təqlid edib, külli miqdarda pul ələ keçirdilər
- İtaliya sahillərində zəlzələ oldu