Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Julio Baptista "Real Madrid"ə qayıtmaq qərarına gəlib
İspaniyanın "Real Madrid" klubunun sabiq futbolçusu Julio Baptista Madrid təmsilçisinə qayıdır.
Oxu.Az "Marca"ya istinadən xəbər verir ki, 43 yaşlı keçmiş yarımmüdafiəçi klubun gənclərdən ibarət komandasının baş məşqçisi postunda Alvaro Arbeloanı əvəzləyəcək.
Arbeloa isə "Real Madrid"in ikinci komandasının baş məşqçi postundan ayrılacağı açıqlanan Raul Qonsalesin yerini tutacaq.
Baptista məşqçi kimi daha əvvəl "Valyadolid"də çalışıb. O, müxtəlif yaş qruplarından ibarət komandalara, həmçinin əvəzedicilərə rəhbərlik edib.
Qeyd edək ki, J.Baptista 2005-2008-ci illərdə "Real Madrid"in formasını geyinib. O, Madrid təmsilçisinin heyətində İspaniya çempionu olub və Superkuboku qazanıb.
"Real Madrid FK" teqi üzrə xəbərlər
- Klublararası dünya çempionatı: "Real Madrid" ilk turda xal itirdi
- Xabi Alonsodan "Real Madrid"in futbolçularına SƏRT ŞƏRT
- "Real Madrid" klubunun səfər oyunları üçün yeni forması təqdim olundu
- "Real Madrid" "Liverpul"un daha bir ulduzunu transfer etmək istəyir
- FIFA Klublararası dünya çempionatının TƏQVİMİ