Türkiyə çempionatının Birinci liqasının 26-cı turunun matçında Kamran Ağayevin qapıçısı olduğu “Kayserispor” qalib gəlib.
Oxu.Az xəbər verir ki, evdə “Giresunspor”u qəbul edən “Kayserispor” 4:0 hesabı ilə qələbə qazanıb.
Azərbaycan yığmasının qapıçısı bir neçə effektli seyvlə fərqlənib və ən əsası ikinci hissədə penalti zərbəsini qaytarıb.
Hazırda 56 xala sahib “Kayserispor” çempionatda liderlik edir və rəqibini 8 xal geridə qoyur.
Həmin oyundan bəzi görüntüləri təqdim edirik.