Portuqaliya millisi və “Mançester Siti” klubunun müdafiəçisi, hazırda icarə əsasında “Bavariya”da çıxış edən Joau Konselu üçün bu gün ikiqat bayramdır.
Belə ki, futbolçu 29 yaşını qeyd etməklə yanaşı həm də Almaniya çempionu olub.
Lakin futbolçu bir mövsümdə təkcə Bundesliqanın deyil, həm də İngiltərə Premyer Liqasının çempionu olub. Belə ki, bir müddət öncə onun məxsus olduğu “Mançester Siti”nin də ölkə birinciliyi dəqiqləşib.
Qeyd edək ki, oxşar nailiyyətə vaxtilə Kinqsli Koman da imza atıb. 2016-cı ildə “Yuventus”la İtaliya, “Bavariya” ilə Almaniya çempionu olub.
Mənbə: sports.ru