Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Karate üzrə 12 Azərbaycan çempionu müəyyənləşdi - FOTO
Fövqaladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində karate üzrə böyüklər arasında XXIX Respublika çempionatı keçirilib.
Oxu.Az-ın xəbərinə görə, yarışa əsasən paytaxt, həmçinin müxtəlif bölgələrdən 14 klubu təmsil edən 94 idmançı qatılıb.
Fərdi kata çıxışlardan əlavə, kumite yarışlarında kişilər -60 kq, -67 kq, -75 kq, -84 kq və +84 kq çəki dərəcəsində, qadınlar isə -50 kq, -55 kq, -61 kq, -68 kq və +68 kq çəkilərdə mübarizə aparıb.
Əminağa Quliyev (-60 kq, DİN İC), Tural Ağalarzadə (-67 kq, Mərkəzi Karate Məktəbi), Tural Ələkbərli (-75 kq, FHN), Ayxan Mamayev (-84 kq, “Qara Qaplan”), Əli Cəfərov (+84 kq, Mərkəzi Karate Məktəbi), Roman Heydərov (kata, FHN), eləcə də Fidan Teymurova (-50 kq, “Qara Qaplan”), Mədinə Sadiqova (-55 kq, “Qara Qaplan”), Renata Ərəbli (-61 kq, Mərkəzi Karate Məktəbi), Zəhra Əliverdiyeva (-68 kq, Mərkəzi Karate Məktəbi) və Fəridə Əliyeva (+68 kq, Mərkəzi Karate Məktəbi) və Zəhra Qurbanzadə (kata, Mərkəzi Karate Məktəbi) Respublika çempionu olub.
Ümumi komanda hesabında Mərkəzi Karate Məktəbi (MKM) 1-ci, “Qara Qaplan” 2-ci, Fövqalədə Hallar Nazirlyinin İdman Klubu isə 3-cü yeri tutub.
Qeyd edək ki, bu yarışda dünya çempionlarımız Rafael Ağayev, İrina Zaretskaya və II Avropa Oyunlarının qalibi Asiman Qurbanlı iştirak etməyib.
Səbuhi Musayev
Foto:Firudin Səlim
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Polisdən maliyyə piramidalarına qarşı ƏMƏLİYYAT: 500 min manatlıq dələduzluq sistemi ifşa edildi
- Oğurluq etdiyi evə yenidən eyni məqsədlə daxil oldu: Bu dəfə ƏLƏ KEÇDİ
- Bakıda narkopriton əməliyyatı - SAXLANILANLAR VAR
- Bakıda qarlı havaya görə indiyədək 45 qəza baş verib
- Sürücülük vəsiqəsini yeniləmək istəyənlərə ŞAD XƏBƏR