İspaniya millisinin və “Real”ın (Madrid) sabiq qapıçısı İker Kasilyas Kriştianu Ronaldunu klubdakı karyerasında vurduğu 700-cü qol münasibətilə təbrik edib.
İker Kasilyas bu barədə öz “Twitter” səhifəsində yazıb.
“Klub səviyyəsində 700 qol əsl dəlilikdir, cənab Kriştianu Ronaldu! Bir qədər səbir və hər şey öz yerinə qayıdacaq”, - İker Kasilyas qapıçısı olduğu keçmiş komanda yoldaşı haqqında yazıb.
Xatırladaq ki “Mançester Yunayted”in hücumçusu Premyer Liqanın 10-cu turunda “Everton”la oyunda (2:1) yubiley qolunu vurub.
7️⃣0️⃣0️⃣ goles a nivel de clubs es una auténtica locura Señor @Cristiano !! Paciencia. Todo volverá a su sitio. 👌🏼
— Iker Casillas (@IkerCasillas) October 10, 2022