Sabah Azərbaycan Boks Federasiyasının Hesabat-Seçki Konfransı keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, saat 11:00-da qurumun hazırkı prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbər olduğu son 5 ilin hesabatını verəcək, gördüyü işlərdən danışacaq.
Daha sonra federasiyanın prezidenti vəzifəsinə seçki keçiriləcək. Tədbir ənənəvi olaraq Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq.
Qeyd edək ki, Kəmaləddin Heydərov 2009-cu ilin yanvarın 23-dən Boks Federasiyasının prezidentidir. Dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasına yenidən prezident seçildiyindən, onun bu postunu təhvil verəcəyi gözlənilir.