Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti, kənd təsərrüfatı naziri İnam Kərimov Qazax rayonunda səfərdə olub.
Oxu.Az xəbər verir ki, o, gənc atletlərlə görüşüb, müxtəlif kəndlərdən olan idmançıların məşq prosesini izləyib, məşqçilərlə müxtəlif yaş qrupları üzrə yarışlara hazırlıq səviyyəsini müzakirə edib.
Görüşlərdə atletlərin məşq etdiyi zalların vəziyyəti, idmançıların hazırlıq səviyyələrinin artırılması üçün görüləcək işlər, ağır atletika idman növünün mövcud potensialı və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, İnam Kərimov ağırlıqqaldırma ilə bağlı Neftçala rayonunun Xol Qarabucaq kəndində də gənc atletlərlə görüşmüşdü.