Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Keniyalı idmançı 5000 metr məsafəyə qaçış üzrə dünya rekordu qırdı
Keniyalı idmançı Beatris Çebet 5000 metr məsafəyə qaçışda dünya rekordu müəyyənləşdirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, idmançı ABŞ-nin Oreqon ştatının Yucin şəhərində keçirilən Brilyant liqa mərhələsində 13 dəqiqə 58,06 saniyə nəticə göstərərək rekorda imza atıb.
Bundan əvvəlki rekord 2023-cü ilin sentyabrında efiopiyalı Qudaf Tseqay tərəfindən müəyyən edilib.
Çebetin 25 yaşı var, o, 2024-cü ildə Parisdə 5000 metr məsafəyə qaçış üzrə Olimpiya çempionudur. Dünya çempionatında gümüş (2022) və bürünc (2023) medal qazanıb.
"Qaçış üzrə dünya rekordu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar