Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Kəpəz"in icraçı direktoru ilə veteran futbolçu arasında münaqişə: Polis işə qarışdı
"Kəpəz"in icraçı direktoru Cabir İbrahimov və veteran futbolçu Firuz Qulami arasında münaqişə yaranıb.
Sport24.az xəbər verir ki, icraçı direktor aralarında yaşanan narazılığa görə veteran futbolçunun evinə adam göndərib. Firuz Qulami məsələnin dava-dalaş həddinə çatacağını, problemin daha da böyüyəcəyini hiss edərək Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurub. Bundan sonra yaşananlara hüquq-mühafizə orqanı müdaxilə ediblər.
Mənbənin sözlərinə görə, Firuz Qulami baş verənlərlə bağlı polisə müraciət edib. Hazırda araşdırma gedir.
Firuz Qulami baş verən hadisə barədə danışmaq istəmədiyini bildirib:
"Müəyyən səbəblərə görə, indi baş verənlərlə bağlı danışmaq istəmirəm. Hər şeyin vaxtı var. Zamanı gələndə ictimaiyyətə bu barədə geniş açıqlama verəcəyəm".
"Kəpəz FK" teqi üzrə xəbərlər
- "Səbail"in futbolçusu hakimi təhqir etdi - Klub 3000 manat cərimələndi
- "Sumqayıt"dan mövsümdə ilk, tarixdə 10-cu dəfə böyükhesablı qələbə
- "Kəpəz" heyətini Keniya millisinin müdafiəçisi ilə gücləndirir
- Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə məğlub oldu
- Premyer Liqa: "Sabah" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib