Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

“Kəpəz”in baş məşqçisi: “Komandalar “Qarabağ”a öz aqressivliyini göstərməlidirlər”
“Bu gün sanki hər kəs “Qarabağ”ı qoruyur. Komandalar bu rəqibə öz aqressivliyini göstərməlidirlər”.
“Report” xəbər verir ki, bu fikirləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov “Qarabağ”a 1:6 hesabı ilə uduzduqları Premyer Liqanın XXVIII tur matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis rəqibi çempion olması münasibətilə təbrik edib:
“Amma bu, bu gün üçündür. Daha irəli baxmalıyıq. Növbəti turlarda istəkli kollektiv olmalıyıq. Sona səkkiz tur qalmış komanda çempion oldusa, bu, sondur. Klublar gələcəkdə daha aqressiv çıxış etməlidirlər”.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar