Rusiya pravoslav keşişi Aleksandr Şumski hesab edir ki, Braziliyada Dünya Çempionatı bəşəriyyətin iyrənc mənəviyyatını əks etdirir. Eləcə də qeyd edib ki, Rusiya yığmasının turniri tərk etməsinə sevinir.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, kilsə xidmətçisi əmindir ki, futbolçular çəhrayı, mavi, sarı və yaşıl butslarda oynamamalıdırlar. Onun fikrincə əsl kişilərin ayaqqabısı yalnız qara rəngdə olmalıdır.
“Kişinin çəhrayı və ya mavi buts geyinməsi, elə qadın alt paltarı geyinməsinə bərabərdir”, - Şumski bəyan edib.
Keşiş bəzi oyunçuların “ağlasığmaz” saç düzümlərini də tənqid edib.
“Liberal ideoloqlar futbolu xristianlığa qarşı qoymaq istəyirlər. Mən bundan əminəm. Ona görə də rusiyalı futbolçular məğlub olub və Allahın izni ilə bu homoseksualist biabırçılığında iştirak etmirlər”, - keşiş “Russkaya narodnaya liniya” saytına deyib.