Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kevin De Bruyne "Mançester Siti"də qalacaq?
"Mançester Siti" 33 yaşlı yarımmüdafiəçi Kevin De Bruyne ilə gələn ilin yayında başa çatacaq müqaviləni daha bir mövsüm uzatmağa hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.
Qeyd olunur ki, yeni əmək müqaviləsinə əsasən, belçikalı futbolçu maaşının azaldılmasını qəbul etməli olacaq. De Bruyne hazırda həftədə 375 min funt sterlinq (təxminən 471 000 dollar - red.) qazanır. "Şəhərlilər" 33 yaşlı yarımmüdafiəçiyə sərfəli bonuslar təmin etməklə yanaşı, ona həftəlik 150 min funt sterlinq (təxminən 188 min dollar - red.) təklif etməyə hazırdır.
Xatırladaq ki, De Bruyne 2015-ci ilin yayından "Mançester Siti"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 410 oyun keçirib, 106 qol vurub və 174 məhsuldar ötürmə edib.
"Mançester Siti FK" teqi üzrə xəbərlər
- "Mançester Siti" İlkay Gündoğanın Türkiyə klubuna keçidinə icazə verdi
- "Fənərbağça" xorvatiyalı ulduz futbolçunu transfer etməyə çox yaxındır
- Erlinq Holand 21 illik rekorda şərik çıxdı
- İngiltərə Premyer Liqası: "Liverpul" "Nyukasl"a şans vermədi
- Qvardiola "Mançester Siti"nin uğursuzluğunu Kevin De Bruynenin üzərinə atdı