Harri Keyn bu mövsümün sonunda "Bavariya"dan ayrıla bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.
Məlumata görə, ingilis hücumçu gələn yay "Barselona"ya keçməyi düşünür, lakin mövsümün sonuna qədər qərarını açıqlamayacaq.
32 yaşlı Keynin 2023-cü ildə "Bavariya" ilə imzaladığı müqavilə gələn yay onun 65 milyon avroya transferinə imkan verir.
Xatırladaq ki, Keyn bu mövsüm 15 matçda 22 qol vurub. Onun sabiq klubu "Tottenhem" və bir neçə Səudiyyə Ərəbistanı komandası da Keynlə maraqlanır.
Keynin "Barsa"da Robert Levandovskini əvəz edə biləcəyi güman edilir.