Uzun illər İtaliyanın “Milan” komandasında çıxış edən niderlandlı keçmiş futbolçu Klarens Zeedorf müsəlman olduğunu açıqlayıb.
“İslam ailəsinə qoşulmağım münasibətilə məni təbrik edən hər kəsə təşəkkür edirəm”, - deyə o, paylaşım edib.
Futbolçu İslamı qəbul etdiyi üçün çox xoşbəxt olduğunu bildirib. O, həmçinin İslamı özünə tanıtdığı və öyrətdiyinə görə sevgilisi Sofiyaya xüsusi təşəkkür edib.
Müsəlman olduğu üçün yeni ad istifadə etməyəcəyini bildirən Zeedorf, valideynlərinin verdiyi adı istifadə etməyə davam edəcəyini deyib.
View this post on InstagramQeyd edək ki, Zeedorf futbolçu karyerası ərzində ölkəsinin “Ayaks”, İspaniyanın “Real” (Madrid), İtaliyanın “Sampdoriya”, “İnter”, “Milan” və Braziliyanın “Botafoqo” klublarında çıxış edib.
"Braziliya" teqi üzrə xəbərlər
- Braziliyalı fermer prezident seçkisində mərc etdi, yeni "Porsche" qazandı - Video
- Prezident seçkisindən dərhal sonra Bolsonaruya ölkəni tərk etmək qadağası qoyuldu
- Braziliya liderindən yeni rekordlar: Ölkədə ən çox səs yığan və ən yaşlı prezident oldu
- Zukerberqin şirkəti seçkiyə müdaxilədə ittiham olunur
- Braziliyada silsilə qətllər təşvişi: Yeddi məkan, yeddi cəsəd, dəhşətli görüntülər... - Foto/Video
Digər xəbərlər