"Qəbələ" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, "qırmızı-qaralar" Bolqarıstanın "Beroe" klubundan qapıçı Artur Mottanı bir illik icarə əsasında heyətinə qatıb.
Qeyd edək ki, 24 yaşlı braziliyalı qolkiper 2024-cü ildən "Beroe"nin formasını geyinirdi. O, daha əvvəl Braziliyanın "Fortaleza", "Quarani" və "Sao Kaetano" klublarında da çıxış edib.

Qaynar xətt:
(055) 224 12 12