Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Klubların reytinqi: "Qarabağ" və "Zirə" gerilədi, "Sabah" 61 pillə irəliləyib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) dərc etdiyi reytinq cədvəlində planetin 501 ən yaxşı komandası yer alıb.
Oxu.Az xəbər verir ki, siyahıda Azərbaycanı üç klub təmsil edib.
"Qarabağ" 147.75 xalla dünyada 103-cü olub. Ağdam klubu ötən ayla müqayisədə 16 pillə geriləyib.
"Zirə" 98.25 xalla 219-cu olub və 11 pillə geriləyib.
"Sabah" isə 68.5 xalla 353-cü pilləyə yüksəlib. Paytaxt təmsilçisi bu göstərici ilə 61 pillə irəliləyib.
Ötən ay siyahıda olan "Turan Tovuz" cədvəldəki yerini itirib.
Qeyd edək ki, cədvələ 507 xalla "Real Madrid" başçılıq edir.
"Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar