Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçiriləcək.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının verdiyi məlumata görə, qarşılaşma Avro-2016-nın seçmə mərhələsinə hazırlıq məqsədilə baş tutacaq.
Millimiz bu il Braziliyada təşkil olunmuş dünya çempionatının iştirakçılarından olan Rusiya yığması ilə qarşılaşacaq.
Rusiya - Azərbaycan oyunu sentyabrın 3-də Moskva şəhərində keçiriləcək.