Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Konor Makqreqor cinsi təcavüzdə təqsirli bilinib
Qarışıq döyüş növü (MMA) üzrə iki çəki kateqoriyasında keçmiş UFC çempionu Konor Makqreqor 2018-ci ilin dekabrında qadına təcavüz etdiyinə görə Dublin məhkəməsində mülki iddiada təqsirli bilinib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Andlılar məhkəməsi altı saat 10 dəqiqə davam edən müşavirədən sonra hökm çıxarıb.
Hökmə əsasən, Makqreqor zərərçəkənə 250 min avro təzminat ödəməli olacaq.
İddiaçı Nikita Hend iddia edib ki, Makqreqor 2018-ci il dekabrın 9-da ona cinsi təcavüz edib. 36 yaşlı irlandiyalı döyüşçü öz növbəsində ittihamları rədd edib və qərardan apellyasiya şikayəti verəcəyini bildirib.
Rəylər