Azərbaycan Taekvondo Federasiyasının Texniki direktoru və beynəlxalq dərəcəli hakimi Oh Kvanq Çeol Dünya Taekvondo Federasiyası tərəfindən Tokio 2020 Yay Olimpiya Oyunlarına hakim seçilib.
Oxu.Az xəbər verir ki, bununla da cənubi koreyalı mütəxəssis Azərbaycanı Tokio Olimpiadasında hakim kimi təmsil etmək hüququ qazanıb. Bu barədə məktub Ümumdünya Taekvondosunun prezidenti Çunqvon Çoue tərəfindən məktub gəlib.
Qeyd edək ki, Azərbaycan taekvondoda əvvəlki Rio Olimpiadasından fərqli az sayda – cəmi iki idmançı ilə təmsil olunacaq.