“Mançester Siti” Mateo Kovaçiçin transferini təsdiqləyib.
29 yaşlı yarımmüdafiəçi “şəhərlilər”lə 4 illik müqavilə imzalayıb.
Daha əvvəl transferin məbləğinin 25 milyon funt-sterlinq və 5 milyon bonus olacağı bildirilirdi. Bonus ödənişləri “Mançester Siti”nin qazandığı kuboklardan asılı olacaq.
Qeyd edək ki, “Çelsi” ilə Mateo Kovaçiç Çempionlar Liqası, Avropa Liqası, Avropa Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.
Ötən mövsüm xorvatiyalı yarımmüdafiəçi londonluların heyətində bütün turnirlərdə 37 oyun keçirib, iki qol vurub, iki məhsuldar ötürmə edib və 10 sarı vərəqə alıb.

Mənbə: sports.ru