Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu ona tətbiq olunan sanksiyaların yüngülləşdirilməsi üçün müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə yerli "Record" nəşri məlumat yayıb.
41 yaşlı futbolçu müraciətində "futbolun inkişafına verdiyi töhfələri" və idman sahəsindəki nailiyyətlərini əsas gətirib.
Ronaldu UEFA Millətlər Liqası çərçivəsində Norveç yığması ilə keçirilən oyundan (2:1) sonra Portuqaliya millisinin düşərgəsini icazəsiz tərk edib. Bunun ardınca Portuqaliya Futbol Federasiyası hücumçunu biraylıq diskvalifikasiya edib və 255 avro məbləğində cərimələyib.
Təcrübəli forvard cəzanın yüngülləşdirilməsi üçün üç amilə istinad edib. Bunlar futbolun inkişafına verdiyi töhfə, idman nailiyyətləri və hadisə ilə bağlı həqiqətin üzə çıxarılmasında oynadığı həlledici rol olub.
Federasiya ilk iki arqumenti nəzərə alsa da, üçüncü arqumenti qəbul etməyib. Qurumun mövqeyinə görə, faktların böyük hissəsi artıq ictimaiyyətə məlumdur və uzunmüddətli, yaxud mürəkkəb araşdırmaya ehtiyac yoxdur.