Boks üzrə Rusiya və Avropa çempionu Dmitri Dvali küçənin ortasında bir dəstə kişinin döydüyü oğlanı müdafiə edərkən gözünü itirib.
Oxu.Az-ın "Shot" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, qorxunc hadisə Krımın Feodosiya şəhərində baş verib.
Məlumata görə, 24 yaşlı idmançı qardaşı və döyüş həkimi ilə birlikdə gənc boksçular üçün ustad dərsi keçirmək məqsədilə Feodosiyaya yollanıb. Həkimi ilə səhər saat 6:30-da qaçışdan sonra sahil boyunca hotelə qayıdarkən bir dəstə kişinin bir oğlanı döydüyünü görüblər. Şahidlərin sözlərinə görə, təxminən 15 kişi olublar. İdmançılar döyülən oğlanı müdafiə edəndə kütlə onlara hücum edib.
Küçə davasında boks üzrə dünya mükafatçısının gözünü çıxartdılar
Sərt döyüşdə Dvalinin gözü çıxıb. O, təcili xəstəxanaya yerləşdirilib. İdmançı hazırda Moskvada xəstəxanadadır, həkimlər orbital sümüyün sınığı diaqnozunu qoyublar. Dvali artıq bu gözü ilə görə bilməyəcək. Buna baxmayaraq həkimlər onun gözünü orqan kimi saxlamağa çalışırlar.
Dmitrinin sözlərinə görə, bu hadisə onu boks karyerasından məhrum edib, sağlam gözündəki görmə qabiliyyəti zamanla zəifləyə bilər, çünki yük yalnız onun üzərində olacaq.
Bazar ertəsi boksçu əməliyyat olunacaq.
Dmitrinin sözlərinə görə, hələ də həkimin gözü xilas edəcəyinə ümidi var: kiçik bir şans var ki, o, işıq və siluetləri görə biləcək. Əks halda, gələcəkdə zədələnmiş orqanın protezlə əvəz olunması gözlənilir. Dmitri polisə şikayət ərizəsi ilə müraciət edib, şübhəlilər axtarılır.
Hadisə zamanı onun döyüş həkimi Yevgeni də yaralanıb - onun əli sınıb. Yevgeni artıq əməliyyat olunub və qoluna mil qoyulub.
Dmitri Dvali beynəlxalq dərəcəli idman ustası, dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionu, hərbi qulluqçular arasında dünya çempionu, 22 yaşadək gənclər arasında Rusiya çempionudur.
Rəylər