Braziliya millisinin yarımmüdafiəçisi Filippe Koutinyo icarə əsasında çıxış etdiyi Almaniyanın “Bayer” klubundan “Barselona”nın düşərgəsinə qayıdıb.
Bu barədə məlumat Kataloniya təmsilçisinin rəsmi “Twitter” səhifəsində dərc olunub.
“Mundo Deportivo” nəşri məlumat verir ki, “Barselona”nın yeni baş məşqçisi Ronald Kuman Filippe Koutinyoya etimad edir.
Qeyd edək ki, ötən mövsüm futbolçu üçün uğurlu alınıb.
F.Koutinyo “Bayer”in heyətində ölkə çempionluğunu və Çempionlar Liqasının qızıl medallarını qazanıb.
