“Real Madrid” İspaniya La Liqasının VII turunu inamlı qələbə ilə başa vurub.
Oxu.Az xəbər verir ki, “kral klubu” öz meydanında “Las Palmas”a qalib gəlib - 2:0.
Hesabı 45+2-ci dəqiqədə Brahim Dias açıb. 54-cü dəqiqədə isə Xoselu oyunda son nöqtəni qoyub.
Xallarını 18-ə çatdıran “Real Madrid” 17 xalı olan “Barselona”ı geridə qoyaraq ikinci pilləyə yüksəlib. “Las Palmas” beş xalla 17-cidir.
Bilbao “Atletik”i ilə “Xetafe” arasındakı matçda isə qalib müəyyənləşməyib - 2:2. “Atletik” hazırda 14 xalla dördüncü sıradadır.