La Liqanın prezidenti Xavyer Tebas İspaniya çempionatının 20-ci tur matçında “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqemin “Xetafe”nin hücumçusu Meyson Qrinvudu təhqir etməsi ilə bağlı iddiaların araşdırıldığını təsdiqləyib.
“La Liqanın Bellinqemin məsələsini araşdırdığı doğrudur. Araşdırmada dodaq oxuma üsulundan istifadə etməyimiz ilk dəfə deyil. Söylənənlərin hansı təsirə malik olduğunu bilmirik. Ola bilsin ki, o, iddia etdiyindən tamamilə fərqli bir şey deyib”, - deyə Tebas vurğulayıb.
La Liqadan açıqlama: “Bellinqemi araşdırmaq üçün dodaq oxuma üsulundan istifadə etdik” - VİDEO
Xatırladaq ki, mətbuatda Bellinqemin oyun zamanı Qrinvudu “təcavüzkar” adlandırması barədə məlumat yayılıb. Bu, futbolçular arasında davadan sonra baş verib.
Qrinvud ötən ilin sentyabrında “Xetafe”yə keçib. İspan klubuna qoşulmazdan əvvəl ingilis futbolçu zorlamada və hücuma cəhddə şübhəli bilinərək həbs olunduqdan sonra 18 aydan çox meydandan kənarda qalıb, lakin sonda bəraət qazanıb.
Mənbə: Championat.com
Rəylər