"Barselona"nın vingeri Lamin Yamal UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Oxu.Az "Sports.ru"ya istinadən xəbər verir ki, futbolçu turnirin ümumi mərhələsinin IV turunda "Aston Villa" ilə matçın 7-ci dəqiqəsində hesabı açıb. Bu, onun Çempionlar Liqasındakı 14-cü qolu olub.
Beləliklə, Yamal turnir tarixində yeniyetmə yaşında ən çox qol vuran futbolçu olub. O, bu göstəricidə 13 qolla rekorda sahib olan Kilian Mbappeni geridə qoyub.
Qaynar xətt:
(055) 224 12 12