Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Latsio”nun baş məşqçisi istefa verdi
“Latsio”nun baş məşqçisi Maurisio Sarri klubu tərk edib.
Məlumata görə, 65 yaşlı çalışdırıcı ardıcıl dörd məğlubiyyətdən sonra çərşənbə axşamı, martın 12-də istefa verib.
Hazırda İtaliya mediasında onun yerinə namizədlər sırasında “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun da adı hallandırılır.
Xatırladaq ki, “qartallar” son oyunlarda “Fiorentina” (1:2), “Milan” (0:1), “Bavariya” (0:3) və “Udineze” (1:2) kimi komandalara uduzub.
Qeyd edək ki, Sarri 2021-ci ilin iyunundan “Latsio”ya rəhbərlik edib. Mütəxəssisin klubla müqaviləsi 2025-ci il iyunun 30-a kimi qüvvədədir.
İtaliya A Seriyasında klub turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Romalılar 28 turdan sonra 40 xal toplayıb. Çempionlar Liqasında İtaliya klubu 1/8 final mərhələsinə yüksəlib və burada “Bavariya”ya uduzub (1:0, 0:3).
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA ispaniyalı hakimləri Avrokubok oyunlarından uzaqlaşdırıb
- "Bavariya" - "Benfika" matçı zamanı bədbəxt hadisə yaşanıb
- "Barselona" 97 il sonra ilkə imza atıb
- "Srvena Zvezda" ilə görüşdə zədələnən Kubarsinin üzünə tikiş qoyulub
- ÇL-in Liqa mərhələsində IV turun son oyun gününün ən yaxşı futbolçuları
Rəylər