“Bayern”in hücumçusu Robert Levandovski Çempionlar Liqası tarixində turnirdə ardıcıl 18 oyunda qələbə qazanmış ilk futbolçu olub.
Belə ki, Robert Levandovski ötən gün Kiyev “Dinamo”sunu məğlub edən (5:0) “Bayern”in heyətində yer almaqla bu uğura nail olub. “Alyans-Arena”da keçirilən qarşılaşmada futbolçu dubl edib.
İki turdan sonra altı xala sahib olan Almaniya təmsilçisi birinci pillədə qərarlaşıb.
Mənbə: “OptaJose”