UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Leypsiq” - “Liverpul” matçı Macarıstanda baş tutacaq.
“Haber Global”ın məlumatına görə, buna səbəb koronavirus pandemiyası ilə əlaqədar iki ölkə arasında səyahət məhdudiyyətlərinin olmasıdır.
Avropa Futbol Federasiyaları Assosiasiyasından verilən məlumata əsasən, matç fevralın 16-da paytaxt Budapeştin Puşkaş stadionunda təşkil ediləcək.