İngiltərə Premyer Liqasının 3-cü turunda son çempion "Liverpul" London "Arsenal"ı ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Enfilddə baş tutan oyunda mersisaydlılar 1:0 hesabı ilə qalib gəliblər.
Yeganə qolu Dominik Seboslai 83-cü dəqiqədə birbaşa cərimə zərbəsindən vurub.
Bu oyundan sonra Arne Slotun yetirmələri Premyer Liqa cədvəlinə 9 xalla başçılıq edir, "topçular" isə 6 xalla üçüncü pillədə qərarlaşıblar.
Növbəti turda "Liverpul" sentyabrın 14-də "Börnli" ilə səfərdə, "Arsenal" isə sentyabrın 13-də "Nottingem Forest" ilə evdə üz-üzə gələcək.