Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Liverpul” baş məşqçi postuna əsas namizədi müəyyənləşdirib
Lissabonun “Sportinq” klubunun baş məşqçisi Ruben Amorim “Liverpul”un baş məşqçisi vəzifəsinə əsas namizəddir.
Bu barədə insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabından xəbər verib.
Onun sözlərinə görə, artıq İngiltərə klubuna 39 yaşlı portuqaliyalının “Sportinq”lə müqaviləsində nəzərdə tutulan dəbbə məbləğı barədə məlumat verilib.
Mersisaydlılara rəhbərlik edən Yurgen Klopp bu mövsümün sonunda klubu tərk edəcək.
“Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində 28 görüşün nəticələrinə əsasən 64 xal toplayaraq ikinci yerdədir.
Növbəti turda “Liverpul” İngiltərə Premyer Liqasında “Brayton”la qarşılaşacaq.
Mənbə: Championat.com
Rəylər