İngiltərənin "Liverpul" klubu "Atalanta"nın braziliyalı futbolçusu Xose Santos Ederson üçün 45 milyon avro təklif göndərib.
Məlumata görə, 24 yaşlı yarımmüdafiəçi "Liverpul"un təklifinə müsbət yanaşdığını bildirib.
"Atalanta" klubu isə Edersonun keçidi üçün minimum 60 milyon avro tələb edib.
Qeyd edək ki, Ederson bu mövsüm çıxdığı 53 oyunda 7 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə:Goal.com