Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Liverpul” Çempionlar Liqasının qalibi oldu - YENİLƏNİB + VİDEO
UEFA Çempionlar Liqasının qalibi bəlli olub.
Oxu.Az xəbər verir ki, “Liverpul” 2-ci dəqiqədə Məhəmməd Salah və 87-ci dəqiqədə belçikalı hücumçu Divok Oriqinin vurduğu qollarla qalib gəlib.
Bununla da “Liverpul” klubu altıncı dəfə bu turnirin qalibi olub.
22:47
UEFA Çempionlar Liqasının final matçında üz-üzə gələcək komandaların start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaq:
“Tottenhem”: Üqo Lyoris, Kiran Tripyer, Tobi Alderveyreld, Yan Vertonqen, Dəni Rouz, Mussa Sissoko, Hari Uinks, Dele Ali, Kristian Eriksen, Hın-Min Son, Hari Keyn
“Liverpul”: Alison Beker, Endryu Robertson, Vircil van Deyk, Joel Matip, Trent Aleksander-Arnold, Corcinio Veynaldum, Fabinyo, Cordan Henderson Sadio Mane, Roberto Firmino, Məhəmməd Salah.
Səbuhi MUSAYEV
Rəylər