İngiltərə Premyer Liqasında XIV turun iki qarşılaşması keçirilib.
Oxu.Az xəbər verir ki, matçlardan biri Liverpulda, digəri isə Vulverhemptonda baş tutub.
Hər iki şəhərin eyniadlı komandaları müvafiq olaraq “Lester” və “Arsenal”ı qəbul ediblər.
“Liverpul” evdə “Lester”ə iki cavabsız qolla qalib gəlib. Hər iki qolu Dieqo Jota vurub.